Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 13:56:28
III Beynəlxalq elmi konfrans keçiriləcək

16-17noyabr 2023-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki  konfrans keçiriləcək. 

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Dövlət, biznes, təhsil və elm ictimaiyyətinin nümayəndələrini beynəlxalq elmi-praktiki konfransın işində iştirak etməyə dəvət edirik.

 

Konfransın əsas məqsədi: dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda mövcud müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis

Konfransın müzakirə mövzuları:

  • Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi
  • Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar
  • Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi
  • Rəqəmsal iqtisadiyyat və  Ali təhsil sistemi: əsas tendensiyalar və maneələr
  • Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri
  • Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru
  • Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər
  • Enerjinin rəqəmsal transformasiyası

 KONFRANS MATERİALININ TƏRTİBATI QAYDALARI VƏ TƏLƏBLƏR 

  • Konfrans materiallarının tərtibatı üçün forma (azərbaycan və ingils dilində) əlavədə verilmişdir. Materialların bu formada təqdim olunması şərtdir.
  • Materiallar A4 formatda (yuxarı və aşağı sahələr 2 sm, sol və sağ sahələr 3 sm) Times New Roman şrifti, 12 ölçüdə, 1.15 intervalla, düzləndirmə eninə, həcmi 4-5 səhifə olmaqla hazırlanmalıdır.Xülasə 100-150 sözdən, açar sözlər isə 5 sözdən artıq olmamalıdır.
  • Şəkillər aydın və keyfiyyətli olmalı, mətnin mərkəzində yerləşdirilməlidir. Şəkildən sonra bir sətir buraxılmalı, daha sonra mərkəzdə onun başlığı "Şəkil" sözü ilə başlayaraq ardıcıl nömrələnməli və şəkilin qısa təsviri verilməlidir. Hər şəkilə mətnin içində mütləq istinad olmalıdır, məsələn (şək.1).
  • Cədvəllər Microsoft Word və ya Excel proqramında hazırlanmalı və mətnin mərkəzində yerləşdirilməlidir. Daha sonra mərkəzdə cədvəlin başlığı "Cədvəl" sözü ilə başlayaraq ardıcıl nömrələnməli və növbəti sətirdə onun qısa təsviri verilməlidir. Başlıq cədvəlin üstündə yerləşdirilməli, daha sonra bir sətir buraxılmalıdır. Hər cədvələ mətnin içində mütləq istinad olmalıdır, məsələn (cədvəl 1).
  • Düsturlar standart Word Equation redaktorunda yazılmalı, düsturdan əvvəl və sonra bir sətir buraxılmalı və ardıcıl nömrələnmədən istifadə olunmalıdır. Düsturun nömrəsi sağda mötərizədə göstərilməlidir. Mətndə düstura istinad edildikdə, düsturun nömrəsi də mötərizədə göstərilməlidir.
  • İstinadların siyahısı əlifba sırası ilə yazılmalı, mətnin içində sitatlar kvadrat mötərizədə istinadın sıra nömrəsi ilə verilməlidir, məsələn [1, 2]. İstinadlarda son illərin nəşrlərinə müraciət olunması arzuolunandır.
  • Konfrans materiallarının təqdim olunması üçün elektron ünvan: [email protected]
  • Konfrans materiallarının  təqdim olunması üçün  son tarix: 17.10.2023-cü il
  • Elm komitəsi təqdim edilən materialları konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcəkdir. Materiallar antiplagiat proqramı ilə yoxlanılacaqdır.

Konfransın saytı: http://de-conf.unec.edu.az

Konfransın keçiriləcəyi ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç.6, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC).

Konfransın təşkilat komitəsi ilə əlaqə:

email: [email protected][email protected]

Telefon: (+99412) 4927298