Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 09:32:00
AzTU-nun professoru “IASED”in ən yüksək dərəcəsinə layiq görülüb

AzTU-nun professoru Sevda Qasımova “IASED”in ən yüksək dərəcəsinə layiq görülüb


Universitetdən AzEdu.az-a verilən məlumata görə, AzTU-nun Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımova elm və mühəndisliyin inkişafında cəmiyyətə verdiyi əhəmiyyətli töhfəyə görə, “IASED”in (The International Academy of Science and Engineering for Development) Direktorlar Şurası tərəfindən “Fellow Member” (həqiqi üzv) dərəcəsinə layiq görülüb.
 

Qeyd edək ki, “Fellow Member” IASED-in ən yüksək dərəcəsidir.