Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 08:01:00
Bu gündən Azərbaycanda matəm ayı başlayır

Bu gündən Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayır.

 

AzEdu.az xəbər verir ki, Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür.

 

Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

 

Aşura günü - 28 iyulda Azərbaycanda qanvermə aksiyaları keçiriləcək. Aksiyalar 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.