Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 17:33:59
Gəncə şəhərində qabiliyyət imtahanları keçiriləcək

Gəncə şəhərində təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə Məhəmməd Füzuli adına 22 saylı tam orta məktəbdə təşkil edilir. 18-19 iyul tarixlərində ali təhsil səviyyəsinin “Dizayn”, 20 iyul tarixində tam orta təhsil (11 illik) və 21 iyul tarixində isə ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün müvafiq komissiyalar üzrə (87, 1604 və 411) imtahanların keçirilməsi nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 

 

Qeyd olunan komissiyalar üzrə qabiliyyət imtahanında iştirak etmiş abituriyentlərin nəticələri ilə bağlı müraciətlərinə baxılması üçün 24 iyul tarixində apellyasiya komissiyası yaradılacaq. Apellyasiya komissiyası tərəfindən saat 10:00-dan etibarən 87-ci, 12:00-dan etibarən isə 1604 və 411-ci qabiliyyət imtahanı komissiyaları ilə bağlı müraciətlərə baxılacaqdır.

 

Qabiliyyət imtahanlarının qrafiki ilə daha ətraflı buradan tanış ola bilərsiniz.