Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 17:14:09
Əcnəbiləri Bakıya toplayan Beynəlxalq Qış Məktəbindən MÜRACİƏT: “Bu şagirdləri bizə yönəldin

“Bakı şəhərində yaşayan müxtəlif xalqların nümayəndələrinin övladları üçün Beynəlxalq Qış Məktəbi proqramında iştirak ödənişsiz olacaq”

Bunu AzEdu.az-a açıqlaması zamanı Global Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu deyib. Onun sözlərinə görə, bu addım xarici tələbələrə ölkəni sevdirmək məqsədilə atılır:

“Bir neçə ildir ki, Bakı şəhərində ölkəmizin tanıdılması ilə bağlı Beynəlxalq Qış Məktəbi proqramını həyata keçiririk. Müxtəlif ölkələrdən şagirdlər ölkəmizə gəlir. Günlük təlimlər ilə birlikdə ölkəmizin müxtəlif regionlarına turlar təşkil edirik.

Bu il Global Career İnstitute olaraq qərara aldıq ki, Bakı şəhərində yaşayan müxtəlif xalqların nümayəndələrinin övladları üçün proqramda iştirakı ödənişsiz edək və onlara ölkəmizi daha da sevdirək. Bu məqsədlə xüsusi ilə müəllimlərimizdən dərs dedikləri siniflərdə bu statusa uyğun şagirdləri bizə yönləndirmələrini xahiş edirəm. Əlavə olaraq qeyd edim ki, ingilis dili dərslərimizi və təlimləri xaricdən dəvət olunan müəllimlər keçəcəklər”.

Xatırladaq ki, şagirdlər əcnəbi müəllimlərdən ingilis dili dərsləri, təlimlər, gəzintilər və müxtəlif əyləncəli tədbirlərdə iştirak edəcəklər.

Qeydiyyat və məlumat üçün: 050-335-44-12 nömrəsiylə əlaqə saxlaya bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları