Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 13:22:47
UNEC 665 müəllim üçün təlimlər təşkil edib

“Təhsilin keyfiyyətinin artırılması məqsədilə və mövcud potensialın artırılması üçün UNEC-də 2022/ 2023-cü tədris ilində yeni tədris olunan 72 yeni fənn üzrə 665 müəllim üçün təlimlər təşkil etdik”. 

 

AzEdu.az xəbər  verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov  bildirib. 

 

“Təlimlər Türkiyənin Hacettepe, Yıldız Texnik, Ankara, İstanbul, Qazi, Ostim Texnik, Uludağ və Artvin Çoruh Universitetlərinin professorları tərəfindən keçirilmişdir”. 


Rektor ənənəsinə sadiq qalaraq, fikrini “hər şey daha da yaxşı olacaq!”, - deyə bitirib.