Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 12:45:17
Sabahın hava proqnozu - 33 dərəcə

Azərbaycanda iyulun 19-na gözlənilən hava proqnozu açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.