Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 14:43:00
Güllə səsini qonşu seçən “bilik səngərləri”- fədakar müəllimlər - Təmas xəttindəki məktəbdən VİDEO

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə AzEdu.az -ın əməkdaşlarıTərtər rayonunun Qapanlı kəndinə olub.  Səfər zamanı Qapanlı kənd orta məktəbinə və təmas xəttinə yaxın məsafədə yaşayan ailələrə baş çəkilib.  

Qapanlıda yeni məktəb binasının inşasına qədər Qapanlı kənd məktəbi klubda fəaliyyət göstərirdi.

Məktəb 2013-cü ildə eyni həyətdə yerləşən digər binaya köçürülür. Aprel döyüşlərindən sonra köhnə məktəb tərəfə keçid məhdudlaşdırılır. Çünki zaman-zaman həmin ərazidə partlamamış mərmilər aşkarlanır.  

Nəticədə, məktəbin həyətində 1-i şagird, digəri isə müəllim olmaqla 2 nəfər həyatını itirir. 

AzEdu.az Qapanlı kənd orta məktəbindən videoreporajı təqdim edir: