Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 16:48:39
MİQ-də 4 fənn üzrə apellyasiya müraciətlərinə start verildi

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif (rus bölməsi, II seans), musiqi və Azərbaycan dili (rus bölməsi) fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Ressursları Mərkəzindən bildirilib.

Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.