Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 16:07:00
Müəllim 25 uşağı ZƏHƏRLƏDİ: Edam ediləcək! 

Çinin Mərkəzi Məhkəməsi məktəbəqədər sinfin 25 şagirdini zəhərləyən müəllim Van Yunun edamı barədə hökm verib.

 

AzEdu.az xəbər verir ki, məlumatı “abcnews” yayıb.

 

Bildirilib ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Zəhərlənmə nəticəsində 25 uşaqdan bir ölüb. Qalanları müalicə olunaraq sağalıb.

 

Məlumata görə, Van Yun internet vasitəsi ilə aldığı həmin zəhərli maddə ilə əvvəllər ərini zəhərləyib. O, yüngül zəhərlənmə ilə sağalıb.

 

Vanın əməlinin motivi hələ də məlum olmayıb. Onun ərini və şagirdləri zəhərləməkdə məqsədi aydın deyil. Ona ölüm hökmü cəzası verilib. Məhkəmə Vanın şikayətini rədd edib. O, edam yerinə aparılıb və hökm icra olunub.