Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 15:09:38
Şuşada Vaqif Poeziya Günləri başlayır

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

 

AzEdu.az xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

 

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

 

Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.

 

Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.