Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 12:25:53
Mətin Kərimli: “Dilimizin qorunması  üçün əlimizdən gələni etməliyik”


“Ana dilimiz bir dəyərdir və hər birimiz bu dəyəri qorumağa borcluyuq”.

 

AzEdu.az “Report” a istinadən xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Ana dili - Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimindəki çıxışında deyib.


M.Kərimli layihəyə qoşulan müəllimlərə təşəkkür edib:

 

“Bu addım onların vətənpərvərliyinin daha bir sübutudur. Dilimizin qorunması və yayılması üçün əlimizdən gələni etməli, hər birimiz bu işdə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik”.