Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 13:02:00
“Uşaqlara evdə  şərait yaradın, stol-şkafları cızıb, sevgililərinin adlarını yazsınlar” – Məktəb direktoru

Türkiyədə məktəb direktoru valideynələrə məktub ünvanlayıb. Məktubun məzmunu isə ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

AzEdu.az xarici KİV-lərə istinadən həmin məktubu təqdim edir:

“Uşağınızın tətil müddətində bacarıq və vərdişlərini unutmamaları üçün onlara məktəb şəraiti yaradın. Onlar məktəbdəki davranışlarını evdə də edə bilsinlər. Məsələn, ayaqqabı izlərini divara vursunlar, evinizdəki stolları, şkafları qazıyaraq sevgililərinin adlarını yaza bilsinlər. Girdikləri hər bir otağın işıqlarını yandırdıqdan sonra söndürmədən çıxsınlar. Yediklərindən, içdiklərindən nə zibil qalsa hara gəldi tullasınlar. Evinizdəki cihazlara, əşyalara zərər verə bilsinlər. Uca səslə qəribə səslər çıxara bilsinlər. Uşaqlarınız bunları edərkən sizlər də olduqca sakit olun, onlara xoş münasibət bəsləyin. Qəti şəkildə hirslənməyin. Onları döymək isə tamamilə yanlışdır. Çünki övladınızın psixologiyası pozula bilər. Bir az səbirli olun. İnsan psixologiyası çox önəmlidir, əgər zədə alıbsa, bərpa olunmaz. Gözəl bir tətil keçirməyiniz ümidi ilə..”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları