Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 17:21:51
DİM bu şəxslər üçün imtahan keçirəcək

9 sentyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcəkdir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən sənəd qəbulu aparılmış namizədlər 13 iyul saat 17:00-dan 25 avqust 23:59-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak etmək üçün lazım olan məbləği ödəyərək qeydiyyatdan keçə bilərlər.

 

https://exidmet.dim.gov.az/elimt/VergiTest/VergiQeydList 

 

Test imtahanının Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. Namizədlər imtahana qeydiyyat səhifəsində istədikləri imtahan yerini (şəhərini) seçə bilərlər.