Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 14:27:00
İmtahan verəcək bu şəxslər nəqliyyatla təmin olunacaq - Rəsmi  

Ali Təhsil Qurumları İmtahanı (YKS) üçün zəlzələdən zərər çəkmiş tələbələrə nəqliyyat və yerləşdirmə dəstəyi verəcəklərini ifadə edən Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) rəhbərliyi mövzu ilə bağlı təfərrüatları açıqlayıb.

 

AzEdu.az xarici KİV-ə istinasdən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgədəki vilayətlərdə yaşanan dağıntılar və YKS müraciətlərinin artması səbəbindən yaşadıqları bölgədən fərqli bir vilayətdə imtahan verəcək namizədlərə ÖSYM tərəfindən nəqliyyat və yerləşdirmə dəstəyi təmin ediləcək.

 

Qeyd edək ki, nəqliyyat və yaşayış dəstəyi üçün müraciətlər Türkiyə Cümhuriyyəti şəxsiyyət vəsiqəsi, 2023-YKS imtahanına giriş və iqamətgah sənədi ilə 15 iyula qədər valilik və kaymakamlıqlara şəxsən ediləcək.