Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 13:11:33
Sabahın hava proqnozu açıqlanıb

İyulun 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a bildirilib ki, gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

 

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.