Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 16:52:38
DİM II və III qrupların imtahan suallarının izahını AÇIQLADI

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlərə çağırış edib.


AzEdu.az-ın məlumatına görə, DİM-ın çağırışında bildirilib ki, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 8-9 iyul 2023-cü il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə etmək mümkündür.


“İmtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)”.