Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 13:04:52
DİN-in Mətbuat xidməti Elşad Hacıyevə tapşırıldı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat xidmətinin şöbə rəisidir.