Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 11:27:30
SABAH qruplarında işləmək üçün son müraciət tarixi

Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında işləmək üçün son müraciət tarixi 11 iyul saat 00:00-da başa çatır.  
 
Bu barədə AzEdu.az-a nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlər üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işləmək üçün müraciət edə bilərlər. 
 
Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər. 
 
Müsabiqə və vakant yerlər barədə məlumatı linkə (https://shorturl.at/atRTZ) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə etmək mümkündür.