Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 11:04:46
LDU-da kollektiv yay gəzintisi keçirilib
Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi hər ilki ənənəsinə sadiq qalaraq 2022/2023-cü tədris ilini də möhtəşəm yay gəzintisi ilə yekunlaşdırıb.
 
 
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, universitetin rektoru, professor Natiq İbrahimov başda olmaqla proffesor-müəllim-işçi heyəti Lənkəranın dağlıq ərazisində salınmış istirahət məkanlarına səfər edib. Universitet rəhbərliyi və LDU Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, maliyyə dəstəyi ilə ərsəyə gələn gəzintidə kollektivin arzu edən üzvlərinin hamısı iştirak edib.
 
 
Talış dağlarının qoynunda salınmış istirahət məkanları öz əsrarəngiz gözəlliyi ilə gəzintiyə qatılanlara gözəl əhval-ruhiyyə, xoş ovqat bəxş edib. Təbiətin bütün gözəlliklərinin vəhdət təşkil etdiyi istirahət guşəsi dağı, dərəsi, meşəsi, gölü, bulağı, ən əsası, saf havası ilə istirahətin dadını çıxartmaq istəyənlərin ürəyincə olub. Kollektivin rahat istirahət etməsi, əylənməsi üçün əlverişli şəraitin olması, cənub mətbəxinin ləziz təamları, bulaq suyundan dəmlənmiş çay, yay meyvələri, növbənöv çərəzlər, əyləncəli oyunar gəzintiyə rəngarənglik, şux ovqat qatıb, gərgin tədris ilinin “yük”ünü atmağa yardımçı olub.