Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 09:08:10
Çində uşaq bağçasına bıçaqla hücum edilib - ölənlər var

Çinin Quandun əyalətində kişi uşaq bağçasına bıçaqla hücum edib, azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə “BBC” polisə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, polis hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı gənci saxlayıb. Hücum yerli vaxtla saat 07:40-da ( Bakı vaxtı ilə 03:40) baş verib.

 

Polis hadisənin təfərrüatlarını açıqlamasa da, hücumu qəsdən planlaşdırılmış insident adlandırıb.