Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 16:40:00
Siyəzən məktəblərinin qəbul nəticələri – “Yerlə Göy” arasındakı fərqlər

AzEdu.az rəsmi mənbəyə istinadən, Siyəzən məktəbləri haqqında statistik göstəriciləri təqdim edir:

Son üç il ərzində (2018 daxil deyil) Siyəzənin şəhər və kənd məktəblərindən universitetlərə neçə nəfərin qəbul olduğunu bildiririk.

Ən güclü göstərici Siyəzən rayon 2 saylı şəhər orta məktəbinə aiddir. Son üç ildə bu məktəbdən universitetə qəbul üçün sənəd verən 157 abituriyentdən 87 nəfəri tələbə adını qazanıb.

Ardıcıllıq 2015-dən başlayaraq, davam edir. Yəni, birinci qeyd olunanlar 2015, ikinci 2016, üçüncü isə 2017-ci il göstəriciləridir. Bütün məktəblərin statistikasını təqdim edirik:

1 saylı şəhər orta məktəbi – 26 nəfər, 24 nəfər, 31 nəfər
2 saylı şəhər orta məktəbi – 24 nəfər, 29 nəfər, 34 nəfər
3 saylı şəhər orta məktəbi – 7 nəfər, 10 nəfər, 18 nəfər
4 saylı şəhər orta məktəbi – 3 nəfər, 6 nəfər, 5 nəfər
5 saylı şəhər orta məktəbi – 3 nəfər, 3 nəfər, 3 nəfər
6 saylı şəhər orta məktəbi – 12 nəfər, 8 nəfər, 10 nəfər
Eynibulaq kənd orta məktəbi - 0, 2 nəfər, 1 nəfər
Zarat kənd orta məktəbi - 3 nəfər, 4 nəfər, 2 nəfər
Yenikənd kənd orta məktəbi – 2 nəfər, 4 nəfər, 11 nəfər
Məşrif kənd orta məktəbi –  3 nəfər, 2 nəfər, 0
Gil-Gilçay qəsəbə orta məktəbi – 1 nəfər, 3 nəfər, 2 nəfər
Sədan kənd orta məktəbi - 0, 1 nəfər, 1 nəfər
Daşquşçu kənd orta məktəbi – 0, 0, 1 nəfər
Böyük Həmyə kənd orta məktəbi – 0, 0, 1 nəfər
Balaca Həmyə kənd orta məktəbi – 2 nəfər, 3 nəfər, 0