Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 15:50:00
Direktordan sabahla bağlı xəbərdarlıq: “Məktəbin qəzalı korpusunun qarşısında toplaşmayın”

155 saylı tam orta təhsil müəssisəsinin direktoru Ruhiyyə İbrahim məktəb şagirdləri və valideynlərə sabahkı hava şəraiti ilə bağlı müraciət edib.

Müraciətdə direktor onlara ehtiyatlı olmağı məsləhət görüb:

“Hörmətli müəllimlər, valideynlər! Sabah güclü külək gözlənilir. Hamınızdan diqqətli və ehtiyatlı olmağınızı xahiş edirəm. Məktəbin qəzalı korpusunun yaxınlığında toparlaşmayın. Uşaqları ərazidən uzaq tutun!”

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları