Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-08 11:42:00
İnklüziv təhsilin aktual problemləri - konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “İnklüziv təhsilin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

ADPU-dan AzEdu.az-a bildirilib ki, konfransda universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək Azərbaycanda inklüziv təhsillə əlaqədar səmərəli işlər görüldüyünü bildirib. Qeyd edib ki, təhsillə bağlı qanunvericilik aktlarında inklüziv təhsil öz təsbitini tapıb. İnklüziv təhsil ölkəmizdə yalnız elmi-pedaqoji nəzəriyyə olmaqla məhdudlaşmayıb, onun təcrübədə reallaşması üçün bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının həyata keçirilməsi məqsədilə irəli sürülən ictimai təşəbbüslərin əhəmiyyəti xüsusi qeyd edilməlidir. ADPU-da da bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. “İnklüziv təhsilin aktual problemləri” elmi-praktik konfransı da növbəti tədbirdir.

 

Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.