Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 18:12:39
Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına iki yeni yoluxma faktı qeydə alınıb, bir nəfər müalicə olunaraq sağalıb.

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, infeksiyadan ölüm faktı qeydə alınmayıb.

 

 

Azərbaycanda indiyədək ümumilikdə 831 957 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 664 nəfər müalicə olunaraq sağalıb, 10 284 nəfər vəfat edib, aktiv xəstə sayı 9 nəfərdir.