Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 14:16:38
Sabah hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir.

 

AzEdu.az xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 8-də cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.

 

Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.