Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 15:02:00
Tələbələrin mütləq izləməli olduğu filmlər -SİYAHI

 

Hər bir film izləyicilərə fərqli təsir göstərə bilər. Elə filmlər var ki, onların bizə çatdırmaq istədiyi güclü mesajlar mövcuddur.

AzEdu.az saytı  təhsil sahəsində çalışanlar, tələbələr  üçün “izlənməli olan”  bir neçə film siyahısı təqdim edir.

“Dead Poets Society” (Ölü şairlər dərnəyi) - Eyniadlı əsərdən çəkilmiş və rejissoru Peter Weir olan filmdə Velton oğlan akademiyasına yeni gələn və ədəbiyyat müəllimi olan Con Kiting (Robin Uilyams) yenilikçi, digər müəllimlərdən fərqli adamdır.

Tələbələri ilə elə ilk günlərdən münasibəti çox yaxşı olan, onlara aysberqin həmişə digər üzünün də ola biləcəyini diqqətə almağı və anın dəyərini - capre diemi- öyrədən müəllim, tələbələri tərəfindən sevilir. 7 tələbə müəllimin köhnə albomunu tapır. Hər şey də elə buradan başlayır. Albomda “Ölü Şairlər Dərnəyi” adını görən tələbələr müəllimdən bu barədə soruşur. Cənab Kiting, dostları ilə əvvəl yaratdığı və indi olmayan dərnəkdən tələbələrinə danışır və tələbələr “Ölü Şairlər Dərnəyi”ni yenidən qurmağa qərar verirlər.

Good Will Hunting (Can Dostum) – Filmdə Massaçusets Universitetində işləyən Will Hunting adlı bir süpürgəçinin hekayəsi əks olunub. İQ səviyyəsi yüksək olan Willin həyatı qarşısına çıxan terapiya mütəxəssisi (Robin Williams) sayəsində dəyişəcək və həyatında yeni bir səhifə açılacaq. Film, Ben Affleck və Matt Damona “Ən Yaxşı Orijinal Ssenari” üzrə Oskar mükafatı da qazandırıb.

Liberal Arts (Azad Sənətlər) - Jessi universitet günlərinin həsrətini çəkir, Ohayodakı məktəbi üçün darıxır. Qəhrəmanı kimi qəbul etdiyi professor təqaüdə çıxmağa qərar verib və təqaüdə çıxma mərasimində Jessidən də çıxış etməsini istəyir. Jessi bu çıxış üçün məktəbinə qayıdır və universitetin ikinci kurs tələbəsi, klassik musiqi aşiqi olan Zibby ilə tanış olur.

Entre Les Murs (Sinif) - François və digər müəllimlər problemli bir məhəllənin orta məktəbində yeni tədris ilinə hazırlaşır. Şagirdlərin ərgənlik dönəmindəki  davranışı, az maaş alan müəllimlərin həvəsini qırır. Lakin François, hörmət və sədaqətə əsaslanan atmosferi yaratmaqda qərarlıdır. O nə təkəbbürlü, nə də sərtdir, çox vaxt sadə sözlərlə şagirdləri təəccübləndirir.

The Social Network (Sosial Şəbəkə) - Sevgilisindən yeni ayrılan Mark, sərxoş olduğu bir gecədə məktəbin məlumat bazasının kodunu xakerliklə qırıb şəhərcikdəki qadınların fotoşəkillərindən ibarət sayt yaradır. Bu, qısa müddət sonra qurulacaq dünyanın ən böyük sosial media şirkətinin də ilk addımı olacaq. “Facebook”un qurucusu Mark Zuckerbergin hekayəsini ekranlara daşıyan film David Fincherın rəhbərliyində xeyli məşhur olub və ehtimal ediləndən də çox rəğbət görərək 3 nominasiyada Oskar mükafatı qazanıb.

Black (Qara) – Film 2005-ci ilin məhsuludur və qaranlıqda həyat yaşamağa məhkum olan , eşitmə və görmə məhdudiyyətli qızın həyat hekayəsindən bəhs edir. Qızlarına müəyyən yollarla kömək etməyə çalışan ailə uğursuz olur. Lakin  müəllim ilə yenidən həyata bağlanan film qəhrəmanı imkansızı reallaşdırır.

Françeska Ha - 27 yaşındaki Françeska (Greta Gerviq) universitetdən məzun olma ərəfəsindədir və bu həyatda nə edəcəyini bilmir. Müxtəlif işlərə əl atsa da, nailiyyət qazanmır və çox sevdiyi rəqsdə də şansı yaxşı olmur. Nyu-yorkda bir yetkin şəxs kimi yaşamağın çətinlikləri ilə üzləşən Frances ən yaxın yoldaşı Sofiyanın başqa şəhərə köçməsi ilə daha da çətin günlər yaşayacaq.