Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 12:24:00
Bu il magistratura imtahanında yüksək bal toplayanlar artıb - DİM

Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - fevralın 19-da və iyunun 11-də keçirilib. Dövlət İmtahan Mərkəzi (DİM) magistratura imtahanları ilə bağlı bəzi statistik məlumatları ictimaiyyətə elan edib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu il 90 va daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər müvafiq olaraq 74, 591 və 2240 nəfər idi. 

 

Qeyd edək ki, 0-30 bal toplayanların sayında da azalma müşahidə olunur. Belə ki, bu il 0-30 bal toplayanların sayı 1670, keçən il isə bu rəqəm 1907 olub.