Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 12:20:00
Bu səriştəsiz “siyasətçi” başa düşməlidir ki… - DEPUTAT

Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident cənab İlham Əliyev çıxışında bir daha müasir dünyada hələ də ikili standartların, ədalətsizliyin hökm sürməsi barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırdı.

 

Bu gün millətlərin azadlığının, dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün qorunmasının təminatçısı olmalı olduğu BMT əslində bir neçə dövlətin maraqlarını müdafiə edən yararsız bir quruma çevrilmişdir. BMT TŞ nın daimi üzvü olmasından istifadə edən Fransa bir çox dövlətlərə və xalqlara qarşı işğalçılıq , soyqırım siyasəti həyata keçirir. Fransa Əlcəzairdə, bir sıra Afrika, Şərqi Asiya dövlətlərində talançılıq həyata keçirərək milyonlarla insanı qətlə yetirmişdir. Bu gün Fransa Prezidenti Makron bu çirkin siyasəti davam etdirir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Fransa dövlətinin törətdiyi bu cinayətlər barədə səslərini belə çıxarmadılar. Prezident cənab İlham Əliyev yeganə dövlət başçısıdır ki, Fransa dövlətinin və dövlət başçısı Makronun təcavüzkar, işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatının tribunasından qətiyyətlə bütün dünyaya çatdırdı. Əslində dövlət başçımız bir çox dövlət başçılarının cürət edib söyləyə bilmədiyi fikirləri cəsarətli və qətiyyətli şəkildə səsləndirdi.

 

Makron işğalçı Ermənistana dəstək verməklə öz çirkin siyasətini Cənubi Qafqazda da həyata keçirmək niyyətindədir. Bu səriştəsiz "siyasətçi" başa düşməlidir ki, regionda İlham Əliyev kimi qətiyyətli və nəhəng siyasətçi, güclü dövlət başçısı var və Makron alçalmış şəkildə geri çəkiləcək. Prezident cənab İlham Əliyevin səsləndirdiyi digər bir qlobal problem islamofobiya oldu. Bir sıra qərb dövlətlərində islamofobiya geniş yayılmaqdadır. Bu ölkələrdə müsəlmanların müqəddəs Kitabı olan Qurani-Kərim yandırılır. Bunu söz və fikir azadlığı adlandıranlar əslində bütün islam dünyasına qarşı mənəvi terror törədirlər. Bu dövlətlərin rəhbərləri Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlərə olan hörmətə baxıb utanmalıdılar.

 

Azərbaycanda qeyri-İslam dininə, mədəniyyətinə göstərilən qayğıdan ibrət götürməlidilər.

Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident İlham Əliyev bir daha Azərbaycanın bütün dünyaya ikili standartlara son qoyulmasının, ədalətin bərpa olunmasının tərəfdarı olduğunu çatdırdı.

 

Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor