Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 09:00:51
Lənkəranda müəllim vəfat edib

Lənkəran rayonu Liman şəhər İ.Mahmudov adına 1 nömrəli tam orta məktəbin müəllimi ötən gün vəfat edib.


AzEdu.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.


İdarədən ingilis dili müəllimi Talibə Ağayevanın ölüm səbəbi açıqlanmayıb.


Mərhumun keçmiş şagirdlərinin verdiyi məlumata görə isə T.Ağayeva bir necə gün öncə açıq ürək əməliyyatı keçiribmiş. 

Talibə İbad qızı Ağayeva ilk ibtidai təhsilinə Liman şəhər 2 nömrəli məktəbində başlayıb.

1979- cu ildə Liman şəhər 1 nömrəli tam orta məktəbini yüksək qiymətlərlə bitirib. 1985-1990-cı illərdə “SSRİ-nin 50 İlliyi” adına Xarici Dİllər İnstitutunda ingilis dili müəllimliyi ixtisasında təhsil alıb. İnstitutu bitirdikdən sonra Lənkəran rayonu Nərimanabad qəsəbə tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. Bir müddət bu məktəbdə fəaliyyət göstərən Talibə Ağayeva 90- cı illərin əvvələrində Liman şəhər 1 nömrəli tam orta məktəbə təyinat alıb.

Mərhum 3 övlad - 2 oğul, 1 qız anası idi.

Allah rəhmət eləsin!