Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-01 17:40:28
Azərbaycanda son sutka: iki yoluxan, bir ölən...

Azərbaycanda son sutkada iki nəfər COVID-19-a yoluxub, bir nəfər ölüb - FOTOAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada iki yeni yoluxma faktı qeydə alınıb, müalicə alan şəxslərdən dörd nəfər sağalıb.

 

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

 

 

Azərbaycanda indiyədək ümumilikdə 831 947 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 652 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

 

Ölkədə son sutka ərzində 337, hazırkı dövrədək isə 7 644 015 test aparılıb.