Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 14:54:00
Naxçıvanda ağır qəza: 6 nəfər öldü - 1-i uşaq, 1-i tələbədir - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ağır yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, hadisə gecə saatlarında Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində baş verib.

Belə ki, Kəngərli rayon sakini Xanlar Sultanovun idarə etdiyi "Hyundai-elantra" markalı avtomobil Şərur rayon sakini Cəlil Əliyevin idarə etdiyi “Wolswagen-polo" markalı avtomobillə toqquşub. Hər iki avtomobildə olanların toy məclisindən qayıtdığı bildirilir.

Ağır yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb, 4 nəfər ciddi xəsarətlər alıb.


Həlak olanlardan 1-nin 3 yaşlı uşaq olduğu bildirilir.

Belə ki, həyatını itirən 23 yaşlı Hikmət Əlizadə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.

2020-ci il təvəllüdlü Fateh Sultanov isə azyaşlı idi.

Qəzada yaralananlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onların həyati təhlükəsinin qaldığı qeyd olunur.