Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 11:26:52
Bakıda itkin düşən yeniyetmə tapıldı

Bakıda itkin düşən yeniyetmə oğlan tapılıb.

 

AzEdu.az xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Allahverdiyev Sənan İlqar oğlunun itkin düşməsinə ilə bağlı polisə məlumat daxil olub.

 

Dərhal onun axtarışlarına başlanılıb.

 

O, iyunun 25-i səhər saatlarında evə qayıdıb. Yeniyetmənin bu müddət ərzində harada olduğu məlum deyil. 

 

Hazırda faktla bağlı araşdırma davam edir.