Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 08:33:12
Bu gün neçə dərəcə isti olacaq? - PROQNOZ

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.