Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 08:00:00
Diqqət! - “ASAN xidmət” mərkəzləri bu tarixlərdə işləməyəcək

Silahlı Qüvvələr Günü və Qurban bayramı ilə əlaqədar olaraq iyunun 26-dan 30-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İyulun 1-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.