Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 16:26:22
Azərbaycanda 60 yaşdan sonra boşananların sayı açıqlanıb  

 

 

 

2022-ci ildə Azərbaycanda ümumilikdə 15 983 boşanma olub ki, bunlardan da 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, 18 yaşadək kişilər arasında boşanma qeydə alınmasa da, eyni yaş qrupunda olan qadınlar arasında 3 boşanma olub.

 

 

Həmçinin 18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma qeydə alınıb. 19 yaşda kişilər arasında 2, qadınlar arasında 136 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında 432, qadınlar arasında 2 026 boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2 363, qadınlar arasında 3 868 boşanma qeydə alınıb.

 


30-34 yaşda kişilər arasında 4 198, qadınlar arasında 3 925 boşanma qeydə alınıb. 35-39 yaşda kişilər arasında 3 525, qadınlar arasında isə 2 614 boşanma qeydə alınıb. 40-44 yaşda kişilər arasında 2 254, qadınlar arasında isə 1 398 boşanma qeydə alınıb. 45-49 yaşda kişilər arasında 1 288, qadınlar arasında isə 804 boşanma qeydə alınıb. 50-54 yaşda kişilər arasında 815, qadınlar arasında isə 560 boşanma qeydə alınıb.

 

 

55-59 yaşda kişilər arasında 533, qadınlar arasında isə 337 boşanma qeydə alınıb. Naməlum yaşda kişilər arasında 44, qadınlar arasında isə 7 boşanma qeydə alınıb.