Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 09:57:02
59 bal yığan müəllimi belə təbrik etdilər - MARAQLI FOTO

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin dünən baş tutan sertifikasiya imtahanında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə 59 bal olub.

 

 

AzEdu.az xəbər verir ki, bu nəticəni Samux rayon İnstitut qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Nağıyeva əldə edib.  O, 24 iyun tarixində keçirilən sertifikasiya imtahanında 59 bal toplayaraq ən yüksək nəticəni göstərib.

 Peut être une image de 6 personnes et texte

 

İdarə rəhbərliyi tərəfindən müəllimin yüksək nəticəsi xüsusi olaraq qeyd edilib:

 


“Müəllimimizi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq”.