Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:04:00
Professor DİM sədrini dəstəklədi: “Dillə bağlı güzəşt olmamalıdır!”  

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə xaricdə təhsil alıb, Azərbaycanda dövlət qulluğunda çalışmaq istəyənlərin ana dili bilgisinə toxunub. O qeyd edib:

 

“Xaricdə təhsil alan Azərbaycan vətəndaşları dövlət qulluğunda işləmək istəyən zaman imtahan verdikdə bizə irad tuturlar. Onlar Azərbaycan dilində imtahan verə bilmədiklərini qeyd edirlər”. 

 

DİM sədrinin fikirlərini dəstəkləyən teletənqidçi, professor Qulu Məhərrəmli  AzEdu.az-a bildirib ki, dövlət qulluqçularının ana dilini bilməsi önəmlidir: 

 

“Dövlət qulluğuna qəbul olunanların və ya olmaq istəyənlərin Azərbaycan dilini yaxşı bilməsi ilə bağlı qoyulan tələbləri haqlı hesab edirəm. Məleykə Abbaszadə Azərbaycan dilində aksentlə danışır. Ancaq bu, başa düşüləndir, çünki rusca təhsil alıb.

 

Onun bir məmur kimi nümayiş etdirdiyi əxlaq, fədakarlıq təqdir olunmalıdı. Neçə illər ərzində çalışdığı sahədə ən yüksək göstəricini saxlaması, tələbkarlığı, şəxsi biliyi, intellekti onu deməyə əsas verir ki, Məleykə xanım ölkənin ən yaxşı məmurlarından biridir.

 

Düşünürəm ki, dillə bağlı tələbdə heç kimə güzəşt olunmamalıdı. Bir çox xarici dildə danışa bilərsiniz, bu, olduqca faydalı da ola bilər. Ancaq ilk növbədə ana dilini mükəmməl bilməlisiniz”.