Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 12:08:14
Dövlət qulluğuna dair maarifləndirici GÖRÜŞ

23 iyun 2023-cü il tarixində 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə könüllülük fəaliyyəti ilə məşğul olan ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri ilə dövlət qulluğunun təbliği və təşviqi mövzusunda maarifləndirici görüş keçirilib.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, görüşdə ümumilikdə 40-dan çox könüllü iştirak edib.

 

Tədbirdə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin direktoru Kamil Baxşəliyev könüllülük fəaliyyətinin əhəmiyyəti, Agentlikdə könüllülük fəaliyyətinin təşkili və dövlət qulluğunun əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

 

Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması qaydası” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı dövlət qulluğuna qəbul, dövlət qulluğunda vəzifələr, dövlət qulluğunda test imtahanı və müsahibələr, dövlət qulluğu ilə bağlı statistik məlumatlar barədə görüş iştirakçılarına məlumat verilib.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və müvafiq mövzu ətrafında müzakirə aparılıb.

1

 

1