Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 14:11:17
Sertifikasiya: Şərqi Zəngəzur RTİ: yüksək nəticə - 58 bal

Bu gün sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin üçüncü günüdür.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata əsasən, Laçın rayon P. Məmmədov adına 46 nömrəli tam orta məktəbin müəllimi Aygün Hüseynova sertifikasiya imtahanından yüksək nəticə göstərib.

 

 O, təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 58 bal toplayıb.

 

 Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.