Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 10:54:46
Nazir müavini: "Təhsil sistemimiz pandemiyadan üzüağ çıxdı"

"Təhsil sistemimiz koronavirus pandemiyasından üzüağ çıxdı".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli ADA Universitetində keçirilən Beynəlxalq Təhsil Konfransının açılış mərasimində deyib.

 

"Pandemiya dövrü qarşımıza yeni çağırışlar qoydu. Virtual təhsil platformasının yaranması, təhsil müəssisəsələrinin bu prosesə operativ qoşulması özü-özlüyündə sistemimizim çevik reaksiyasından xəbər verdi. Pandemiyadan öncə 33 uşağa bir kompüter düşürdüsə, indi bu rəqəm 17-dir. Bu isə onu göstərir ki, təhsil sistemimiz ümumilikdə bu çətinlikdən üzüağ çıxmağı bacardı", - nazir müavini əlavə edib.