Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 16:37:00
2020-ci ildə işə qəbul olunan müəllimlərə ŞAD XƏBƏR

2022-ci ildə verilən qərara əsasən, müəllimlər seçdikləri yerdə azı 3 il daimi əsaslarla işləməlidir ki, yerini dəyişə və ya imtahanda iştirak edə bilsin. Çox təəssüf ki, bu qərar 2020-ci ildə işə qəbul olunanlara aid edilmirdi.

AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev çoxdandır müəllimləri narahat edən məsələyə aydınlıq gətirib. 

 

"2020-ci ilə pandemiya səbəbi ilə müəllimlərlə üzbəüz müsahibələr təşkil oluna bilmədi. Bu səbəbdən də onların rəsmiləşdirilməsi gecikdi. Ancaq hazırkı halda həmin müəllimlərin MİQ-də iştirakı təmin ediləcək".