Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 17:03:48
Ermənistan azərbaycanlı əsirə “hökm” çıxardı - 20 il

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov barədə "hökm" çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

 

Məlumatda bildirilib ki, azərbaycanlı hərbi əsir 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Axundov "qətl törətməkdə" ittiham olunur.

 

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Sonradan onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. 
Bir neçə gün öncə keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirov barəsində də "hökm" çıxarılıb və o, 11,5 il müddətinə azadlıqdan məhrum edilib.