Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 15:32:45
Sertifikasiya: təcrübəli müəllimlər daha çox bal topladılar? – Fərqli baxış!

 

 Bir çoxları yaşlı müəllimlərin iş keyfiyyəti ilə bağlı şübhə içində qalır. Cavan müəllimlərin daha faydalı tədrislə məşğul olduqlarını düşünürlər. Ancaq maksimal nəticə toplayan müəllimlərə nəzər salsaq, hər iksinin təcrübəli şəxslər olduğunu görərik.

 


İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin nümayəndələri, millət vəkilləri, media qurumlarının rəhbərləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahanların keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.

 

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Mediatura qatılan təhsil eksperti Adil Vəliyev AzEdu.az-a imtahan prosesinə dair müşahidələrini və təssüratlarını bölüşüb. O qeyd edib:

 

 


“Sertifikasiya imtahanı ilə bağlı təəssüratlarım xoşdur. Müəllimlərin imtahandan çıxdıqdan sonra sevincli olduğunu görmək xoş təəssürat bağışladı. Təhsil mütəxəssisi kimi deyə bilərəm ki, istər MİQ olsun, istərsə də sertifikasiya imtahanları olduqca əhəmiyyət daşıyır. Sözsüz ki, digər sahələrdə də belə imtahanlar təşkil olunmalıdır. Ancaq tam əminliklə deyə bilərəm ki, onların ən başlıcası təhsil sahəsi olmalıdır. Çünki təhsil bütün sahələrin kökünü təşkil edir”.

 

 
Ekspert sertifikasiya imtahanlarının müəllimlərinin maaş artımında vacib rol olduğuna da diqqət çəkdi:

 

“Bundan başqa sertifikasiya imtahanları müəllimlərin yüksək əməkhaqqı tələblərinin qarşılanması baxımından da faydalıdır. Əgər hansısa müəllim öz əməkhaqqını artırmaq istəyirsə, imtahanlara hazırlaşaraq, həm bilik səviyyəsini artırmış, həm də əməkhaqqını qaldırmış olar”.

 

 

A.Vəliyev dünənki imtahanla bağlı fərqli bir yanaşma da ortaya qoyur:

 

 

“Məsələyə başqa bir aspektdən də yanaşmaq istəyirəm. Bir çoxları yaşlı müəllimlərin iş keyfiyyəti ilə bağlı şübhə içində qalır. Cavan müəllimlərin daha faydalı tədrislə məşğul olduqlarını düşünürlər. Ancaq maksimal nəticə toplayan müəllimlərə nəzər salsaq, hər iksinin təcrübəli şəxslər olduğunu görərik. Bu baxımdan da insanların baxış bucağı dəyişmiş olur”.