Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 15:20:00
Qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başa çatdı: çoxluq hansı qrupdadır? - STATİSTİKA

Ali məktəblərə keçiriləcək qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün – 21 iyun saat 10.00-da yekunlaıb.

Bu barədə AzEdu.az saytına Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qəbul imtahanının 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər yenə də öz istəklərinə uyğun olaraq müvafiq altqruplardan birini, yaxud hər ikisini seçmək imkanı yaradılıb.


AzEdu.az saytı qəbul imtahanlarının 2-ci cəhdində iştirak etmək istəyən abituriyentlərlə bağlı statistikanı araşdırıb.

Məlum olub ki, qəbul imtahanının 2-ci cəhd üzrə ümumilikdə 61624 nəfər abituriyent qeydiyyatdan keçib. Onlardan 55648 nəfər öz ərizəsində Azərbaycan bölməsini, 5976 nəfər isə rus bölməsini qeyd edib.


I ixtisas qrupunda
22522 abituriyent qedyiyyatdan keçib. Onlardan 20379 nəfər Azərbaycan bölməsinin, 2143 nəfər rus bölməsinin abituriyentləridir.
I qrupda 13173 nəfər yalnız riyaziyyat-kimya altrupunu (RK), 1455 nəfər isə yalnız riyaziyyat-informatika (Rİ) altqrupunu seçib. 7894 abituriyent isə qeydiyyat zamanı hər iki altqrupu seçib.


II ixtisas qrupu üzrə 15659 abituriyent qeydiyyatdan keçib. Onlardan 14281 nəfər Azərbaycan bölməsinin, 1378 nəfər isə rus bölməsinin abituriyentləridir.

III ixtisas qrupu
üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 18691 nəfərdir.
Bu qrupda 12902 nəfər yalnız Azərbaycan dili-tarix (DT) altrupunu seçib. Cəmi 536 nəfər Azərbaycan dili-coğrafiya (DC) altqrupu üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib.
5253 abituriyent isə qeydiyyat zamanı hər iki altqrupu seçib.

IV istisas qrupu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 4752 nəfər təşkil edir. Onlardan 4050 nəfər Azərbaycan bölməsinin, 702 nəfər rus bölməsinin abituriyentləridir.


Xatırladaq ki, qəbul imtahanlarının 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.


A.Qorxmaz