Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 12:29:04
Son üç ildə nəşrinə icazə verilən dini ədəbiyyatların SAYI...

Azərbaycanda son üç il ərzində nəşrinə icazə verilən dini ədəbiyyatların sayı açıqlanıb.

 

AzEdu.az “Report”a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib ki, 2021-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 244 olub və 16-nın nəşrinə icazə verilməyib.

 

O bildirib ki, 2022-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 226 olduğu halda, 8-nin nəşrinə izn verilməyib: “Bu il isə 181 dini ədəbiyyatın nəşrinə icazə verilib, 7-nin isə nəşrinə icazə verilməyib”.