Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:59:52
DİM sədri:  "İmtahanlarda daha yaxşı nəticə görmək istəyərdik"  



"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik".

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb:

 

"Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir".

"29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri bildirib.