Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 10:46:19
57 bal toplayan müəllim: “Sertifikasiyanın tərəfdarıyam”  

Xəbər verdiyimiz kimi, dünəndən etibarən ölkə üzrə bütün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma prosesinə start verilib.

 

Sosial şəbəkələrdə imtahandan çıxan müəllimlərin sevinc, xoşbəxtlik və həyəcan dolu görüntüləri gündəmi zəbt edib.

 

Bəzi müəllimlər sertifikasiya imtahanını yüksək nəticələrlə başa vurublar.

Həmin müəllimlərdən biri də Bərdə rayon Soğanverdilər kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Mərdanova Firuzə Qənimət qızıdır.

 

 Sertifikasiya imtahanından 57 bal toplayan Firuzə müəllim öz təəssüratlarını AzEdu.az ilə bölüşüb:

 

 “İmtahan prosesi normal idi. Suallar çətinlik yaratmadı. Müəllimlərin setifikasiyadan keçməsinin tərəfdarıyam, çünki hər zaman müəllimlər öz üzərlərində işləməli, yeniliklərdən xəbərdar olmalı, öyrənməyə maraqlı olmalıdır. Sertifikasiya da buna şərait yaradan bir prosesdir”.