Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 10:02:43
Lomonosov adına MDU-nun Bakı Filialı qəbul elan edib

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2023/2024-cü tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edib.


AzEdu.az
xəbər verir ki, qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilindərus dilində) tanış ola bilərsiniz.


M.V.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 6 iyul – 9 avqust (saat 16:00-dək) 2023-cü il tarixlərində elektron qaydada aparılacaq. Ərizə göstərilən tarixlərdə filialın msu.az saytında və yaxud dim.gov.az saytında veriləcək keçid vasitəsilə doldurula bilər.


Ətraflı məlumat üçün əlaqə vasitələri:


E-mail: [email protected];

Telefon: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.).