Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 15:54:20
Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs tutuldu - FOTO

Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb. Araşdırma aparılır. 

 

"Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur", - rəsmi məlumatda qeyd olunub.